Məşhur meyxanaçı Namiq Qaraçuxurlu fərqli açıqlamaları ilə yenidən gündəmdədir.
Oxu.Az xəbər verir ki, Qaraçuxurlu bu haqda “Pərdə” verilişinə müsahibə verib:
“Mənə çox cadu edirdilər. Dualar oxuyub onlardan xilas oldum. İndi özümdə öncəgörücülük qabiliyyəti yaranıb. Yuxularım həmişə çin çıxır. Nəyisə deyirəmsə, bir müddətdən sonra gerçəkləşir”.
Meyxanaçı “Müğənnilərin falına baxmaq üçün nə qədər pul tələb edərsiniz?” sualına zarafatyana cavab verib:
“Bəzən şou nümayəndələri yuxuma girir. Onları görəndə qorxudan dodağım uçuqlayır. Onlardan kimsə istəsə, falına baxaram, amma pul da istəyərəm. Müğənnilər çox imkanlıdır, bütün gün çıxıb bahalı avtomobildən, brend geyimlərdən danışırlar. Buna görə də ən ucuz 500 manat istəyərəm”.
Qeyd edək ki, Namiq Qaraçuxurlu Yeni ili nişanlısı ilə keçirəcəyini də deyib:
“Yeni ili mənə əziz olan insanla, nişanlımla keçirəcəm. Ad günümü də onunla qeyd etdim. Hədiyyəsini evimdə saxlayıram”.
Aytən Sadıqzadə
www.oxu.az