Meyxanaçı nişanlı olmadığı barədə “Şou+” verilişinə açıqlama verib.
Oxu.Az xəbər verir ki, meyxanaçı Space telekanalında yayımlanan “Şou+” verilişində olan zaman bildirib ki, əslində o heç yerdə nişanlı olduğunu deməyib. O, hər kəsə toyunun may ayında olacağını bildirsə də, sən demə, nişanlı deyilmiş.
Heç yerdə üzüklə görünməyən məşhura bu barədə sual verildikdə isə o bildirib:
“Mən nişanlı olmadığım və bunu heç yerdə demədiyim üçün burada qəbahətli bir şey yoxdur. Əslində toydan danışmışam, nişandan yox”.
Aytən Sadıqzadə
www.oxu.az