Meyxanaçı Namiq Qaraçuxurlu özünə yeni titul verib.
Oxu.Az xəbər verir ki, müğənni bu haqda “Onlar” verilişində danışıb:
“Özümü teleməkanın bir nömrəli meyxanaçısı adlandırmağa haqqım var. İlhamə Quliyeva mənə “filosof meyxanaçı” titulunu verib.
Bildiyiniz kimi, yeni verilişlər açılır. Meyxanaçılar arasında seçim edəndə birinci mənə müraciət edirlər. “Yox” deyəndən sonra proqrama başqalarını çağırırlar. İfadələrim böyük çıxmasın. Bu o demək deyil ki, mən hamıdan güclü, adlı-sanlıyam. Görünür, televiziyalara mən daha çox yarayıram".
Qaraçuxurlu öz İnstaqram səhifəsində şəkil çəkib paylaşan müğənniləri qınaq obyektinə tutub:
“Müğənnilər toya gedir, şəkil çəkdirib İnstaqrama qoyurlar. Hətta insanlar toyda rəqs edən zaman çəkilmiş videonu paylaşırlar. Müğənni belə etməklə, ismarış göndərir ki, məni toya çağırın. Belələri mənə gülməli gəlir. Getdiyim məclisdən bu cür foto və video paylaşmaq mənim xarakterimə uyğun deyil. Allah elə zaman gətirər ki, mənim də buna ehtiyacım olar. Rişxənd etmirəm.
Bu günün reallığı budur ki, azərbaycanlı ifaçılar toyla dolanır. Amma biz bunu xaricə göstərməməliyik. Ən azından bizi türklər izləyir. Onlar toyda oxuduqlarını cəmiyyətə göstərmirlər. Çalışaq dünyəvi düşünək.
İnstaqramda yaradıcılıqla nəsə paylaşıram. Fəxr edə bilərəm ki, filan yerdə konsertdəyəm, fanatlarımla görüşdüm və s.”
Aytən Sadıqzadə