Hazırda Çində istirahət edən meyxanaçı Namiq Qaraçuxurlu İnstagram hesabından pərəstişkarlarına müraciət ünvanlayıb.
Oxu.Az ifaçının sevənlərinə müraciətini təqdim edir:
“Həm məsafə uzaq olduğuna, həm də uzun vaxtdır istirahət etmədiyimə görə bu səfərdə çox qaldım. Buralar çox maraqlıdır. Buna görə də heç bir bayram çəkilişinə qatıla bilmədim.
Ümumiyyətlə, son 1 ayı və bundan sonrakı bir neçə günü sənət fəaliyyətimi dondurdum. Amma 31 dekabr günü bəzi məkanlarda iştirakımla bağlı xəbərlər realdır.
Buna görə də tamaşaçılarımdan, xüsusən də pərəstişkarlarımdan məni başa düşmələrini, üzrlü saymalarını xahiş edirəm. İnşallah, Yeni ildə yeni nəfəslə, eyni zamanda “Şəkərim” adlı yeni mahnı ilə yenidən xidmətinizdə olacağam”.