Ötən gün meyxanaçı Namiq Qaraçuxurlu 14 il sonra “Yaşıl Teatr”da canlı solo konsert proqramı ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.
Sənətçi gecədə yeni bəstələri ilə yanaşı, sevilən nəğmələrini səsləndirib.
Konsert zamanı Namiqin qızı Saranın səhnəyə çıxması isə gecənin sürprizinə çevrilib.
Övladını görən Qaraçuxurlu “Sara heç vaxt belə şeylərə razı olmur, efirlərdə görünməyi sevmir. Nə olduğunu bilmirəm, iki gün əvvəl belə bir plan yox idi” sözlərini dilə gətirib.
Namiqin konsertində qızı səhnəyə çıxdı: “Efirlərdə görünməyi sevmir” - VİDEO
Rəylər