Bu gün məşhur teleaparıcı Nanə Ağamalıyevanın doğum günüdür.
Oxu.Az xəbər verir ki, ATV telekanalının tanınan simalarından olan aparıcı ixtisasca həkim-stomatoloqdur.
O, ilk efirinə radiodan başlayıb. Daha sonra ATV telekanalında bir-birindən maraqlı verilişlərin müəllifi və aparıcısı olub.
Təsadüfən radioda aparıcılıq üzrə müsabiqə elan olunmasını eşidib müraciət etməsi bu gənc xanımın həyatını büs-bütün dəyişdi. Gözəl xarici görünüşü, hazırcavablığı və səlis nitq qabiliyyətinə görə bəyənildi.
Daha sonra ekranların ulduzuna çevrildi.
Bu günədək onun aparıcılığı ilə çox verilişləri izləmisinz. Hal-hazırda isə Nanə Ağamalıyeva ATV telekanalında canlı yayımlanan “Gün Keçir” verilişinin aparıcısıdır.
Aytən Sadıqzadə
www.oxu.az