İranda deislamlaşdırma siyasətini yürüdən şah Mohammed Rzanın ölkəni, xalqın narazıçılığı səbəbindən tərk etməsindən 35 il ötür.
Ruhulla Musəvi Xomeyni 50-ci illərdə - “ayətulla” titulunu aldı. 1963-cü ildən şah İran rejiminə qarşı çıxaraq müxalifət cəbhəsində idi. Onun həbsi son onillikdə 1000 nəfərdən çox adamın qətlə yetirilməsi ilə nəticələnən iğtişaşlara yol açdı. Hakimiyyət tərəfindən Türkiyəyə sürgün olundu, sonra İraqa, 1978-ci ildə isə Parisə köçdü. 1979-cu ilin yanvar ayında İranda islam inqilabına başçılıq etdi. Şahın ölkəni tərk etməsindən iki həftə sonra 1979-cu ilin fevral ayının 1-də İrana qayıtdı. 11 fevralda Mehdi Bazarqanın başçılığı ilə müvəqqəti hökumət təşkil etdi.
Oxu.Az xəbər verir ki, 1979-cu ildə referendum keçirilərək İran İslam respublikası elan edildi. 1979-cu ilin dekabr ayında qəbul edilmiş Konstitusiyasına müvafiq olaraq İran İslam Respublikasının ali başçısı vəzifəsini Ayətullah Xomeyni tutdu.
Ötən 35 il ərzində ölkədə həyat əsaslı şəkildə dəyişib. Qərb ölkələrinin müdaxilə və təsiri tamamən aradan qaldırılıb. Ölkə prinsipial şəkildə kapitalizm və kommunizmi təkzib edərək “islamçı” inkişaf yolunu onlara qarşı qoyur. Ölkədə şahın seçdiyi inkişaf yolu dayandırıldı. Azad kapitalist bazarı və iqtisadiyyat sahəsində şahın səyləri nəticəsində yaradılmış dövlət sektoru hələ də mövcuddur. İranda ani kəskinləşmiş qarşıdurma şəraitində, az qala bütün dünya, əsasən Qərb ölkələri (ilk növbədə ABŞ), kapitalist əlaqələrinin davam edən inkişafından ehtiyatla danışmalı oldu.
Şiə təriqətinin tərəfdarları islamçılığı əsas götürərək onu məişət və cəmiyyətin, mənəvi həyatın bütün sahələrində mədəni inqilab kimi tətbiq etməyə başladılar. İslam orta əsr atributları ilə zəngin olan islam “kütləvi mədəniyyət”inin başlanğıcı gözlənilirdi.
“Mədəni inqilabın” keçirilməsi özünü qadınların vəziyyətində xüsusilə ağır şəkildə biruzə verdi. 1980-ci ilin mayında məclis, İRP, İİKK və digər təşkilatlar şəriətin: çadra və ya hicabın bağlanması, peşələrin məhdudlaşdırılması, kişilərdən ayrı təhsil alması, qadının təşəbbüsü ilə boşanmaya qadağan olunması, çoxarvadlılıq və müvəqqəti nikah “siğə”nin yenidən qüvvəyə minməsi kimi bütün Qanunlarına qadınlar tərəfindən tam əməl edilməsinə nəzarət gücləndi.
Oxucularımıza ölkənin İslam İnqilabından əvvəl və sonrakı həyatını əks etdirən şəkilləri təqdim edirik.