ATV-dən ayrılan aparıcı Nanə Ağamalıyeva artıq uzun müddətdir ki, Türkiyədə yaşayır.
Oxu.Az Mövqe.az-a istinadən xəbər verir ki, teleaparıcının Türkiyədə toya hazırlaşdığı deyilir.
Bu barədə adının açıqlanmasını istəməyən Nanənin keçmiş iş yoldaşı məlumat verib:
“Bəli, Nanənin həyatında biri var. Nanə toya hazırlaşır. O da nəhayət ki, ailə həyatı quracaq”.
Oxu.Az mövzu ilə əlaqədar aparıcının mövqeyini işıqlandıracaq.