Bu gün aparıcılıq etdiyi “Gün keçir” verilişində sürprizlərlə dolu anlar yaşayacağını və özəl açıqlamalar edəcəyini söyləyən Nanə Ağamalıyeva artıq gəlin paltarında canlı yayımın başlanmasını gözləyir.
Oxu.Az Show.az-a istinadən xəbər verir ki, teleaparıcını stilist Anar Ağakişiyev bəzəyərək şəkilini sosial şəbəkədə paylaşıb.
Xatırladaq ki, Nanə özü bu günlə bağlı bu fikirləri instaqramda söyləyib.
“Nəhayət ki, o gün gəlib çatdı. Həyatımın ən özəl günlərindən biridir. Allah hər bir qıza gəlinlik geyinməyi nəsib etsin.!
Zamiq Hüseynov və mən, yəqin ki, sizləri çox sevindərəcəyik. Çox gözəl gəlinliyim var. Partlayıram, paylaşmaq istəyirəm, amma bir təhər dözərəm. Bu gün saat 14:20 “Gün keçir” proqramında ilk dəfədir ki, canlı yayıma gəlinlikdə bu özəl günü paylaşacağıq”.