Müğənni Natavan Həbibi xalq artisti Aygün Kazımovanın ölkəni tərk etməsi haqqında fikir bildirib.
Oxu.Az xəbər verir ki, ifaçı İnstagram hesabında bunları yazıb:
“Eşitdim ki, hələ ki, qərarın qüvvəyə minməməsindən istifadə edərək, ölkədən tez-bazar uçan var. Amma unutmaq lazım deyil ki, hər gedişin bir dönüşü var. Bu heç kimdə fikir çaşqınlığı yaratmasın. Çünki nə qanun dəyişməz, nə də sizin Natavan. İstəyirsən Afrikaya, istəyirsən Marsa get, yenə də hər bir Azərbaycan vətəndaşı Azərbaycan qanunlarına tabedir”.

Qeyd edək ki, ölkədən çıxışına qadağa qoyulduğu deyilən A.Kazımova ötən gün gecə saatlarında Türkiyəyə yollanıb.
Aytən Sadıqzadə
www.oxu.az