Azərbaycandan çıxışına qadağa qoyulduğu deyilən xalq artisti Aygün Kazımova ötən gün gecə saatlarında Türkiyənin İstanbul şəhərinə yola düşüb.
Oxu.Az xəbər verir ki, A.Kazımovanın müğənni qızı İlqarə Kazımova bu barədə İnstagram hesabında məlumat verərək, Natavan Həbibiyə atmaca atıb:
“Bu gün anamı İstanbula yola saldım, amma yol öncəsi çox güldük. Anla əzizim, sən heç kimsən”.

Xalq artisti isə təyyarədə çəkdirdiyi fotonu İnstagram səhifəsində paylaşaraq “Salamat qalın” sözlərini yazıb.

Xatırladaq ki, xalq artisti Aygün Kazımovanın ölkədən çıxışına qadağa qoyulması barədə məlumatı mətbuata müğənni Natavan Həbibinin vəkili Fərid Həsənov açıqlamışdı.
Aytən Sadıqzadə
www.oxu.az