Müğənni Natavan Həbibi valideynlərinin küsülü olduğunu deyib.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, sənətçi “5/5” verilişində “Deyirlər, atanla küsülüsən” sözlərinə etiraz edib:
“Anamla atam ayrılıblar, küsülüdürlər. Amma mən atamla küsülü deyiləm. Ola da bilmərəm. Sadəcə, atamdan ayrı, anamın yanında yaşayıram. Bacım da bizimlə qalır”.