“Neft Daşları” yatağındakı 418A nömrəli platformadan 2633 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Bu barədə Oxu.Az-a SOCAR-dan məlumat verilib.
“Neft Daşları” NQÇİ-nin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1250 metrdir.
Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.