Natavan Həbibinin milliyyəti ilə bağlı ona qarşı atılan şayiələr məhkəmə yolu ilə haqlanıb.
Oxu.Az gecce.az-a istinadla xəbər verir ki, bu qələbəsindən sonra yerə-göyə sığmayan Həbibi gücünü efir vasitəsilə bir daha sübut etməyə çalışıb.
“Qanım tərtəmizdir. Ona görə də partlayıram. İllərdir mənə ləkə atıb camaatın gözündən salmaq istəyirdilər. Mən azərbaycanlı olduğum halda özlərini tanımayanlar mənə necə ləkə atıblarsa, artıq onlara inamağa başlamışdılar. Bu söhbətdən sonra insanlar mənə nifrətlə baxırdılar. Dilimə belə gətirmək istəmirəm, amma deyirlər ki, pulu verib nəyisə almışam. Xalq artistidir. Məndən azdır pulu? Əgər alınırsa, alsın. Mən çox güclüyəm. Onların pislikləri alınmayacaq”.