İnternetdə “Ata qızına “Lexus” aldı” adı ilə məşhurlaşan videoçarx sosial şəbəkədə baxış rekordu vurur.
Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, Youtube-da yayımlandığı bir neçə gün ərzində bu videoçarxa bir milyona yaxın insan baxıb. Kadrlarda idarəetmənin öhdəsindən gəlməyən qızın iştirakıyla yol-nəqliyyat hadisəsi görünür.
Qız avtomobili yol kənarındakı qazılmış əraziyə aşırır.
Videonu internetə yükləyən istifadəçi hadisənin video müşahidə kamerasına çəkildiyini, ona isə avto-sığorta ilə məşğul olan dostu tərəfindən verildiyini bildirib.
“Tamamilə yeni “Lexus”un sükanı arxasında qız idi. Salondan alınan hətta zavod qoruyucu polietilenini çıxartmağa vaxt tapılmayan avtomobil qəzasında xoşbəxtlikdən heç kim zərər çəkməyib. Təhlükəsizlik yastığı işləyib”, – istifadəçi videonun altında yazıb.