Müğənni Nazənin “Xəzər” televiziyasında əkiz ifaçılar Sevinc və Sevil Səfərovaların təqdimatında canlı yayımlanan “Hər şey daxil” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, o, bu gün veriliş zamanı nümayiş olunan süjetdə “Ən çox plastik əməliyyat etdirən məşhur” kimi təqdim edilməsinə narazılığını bildirib.
“Burnum və dodağım əməliyyat olunub. Ondan başqa heç bir plastik əməliyyatım olmayıb. Peşəkar həkim deyə bilər, mən yanağıma nəsə etdirmişəm, ya yox.Yanaqlarım anadangəlmə belədir. Gözüm isə saçımın dartılaraq yığıldığı üçün belə görünür. Ağzımı açdırmayın, guya siz etdirməmisiniz?”, - deyə Nazənin aparıcılara səslənib.
A.S.
www.oxu.az