Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Nazpəridən Röya ilə Zülfiyyənin ifalarına irad: “Uğursuz alınıb” - VİDEO
Xalq artisti Nazpəri Dostəliyeva həmkarları - Xalq artistləri Röya Ayxanın və Zülfiyyə Xanbabayevanın ifalarını tənqid edib.
Bizim.media xəbər verir ki, sənətçi bununla bağlı verilişlərin birində danışıb.
Nazpəri mərhum Əməkdar artist Zöhrə Abdullayevanın repertuarında yer alan “Tövbə” mahnısını yeni aranjimanda oxuyan Röyanın ifasına irad bildirib:
“Röya bu mahnıda tonallığı düz seçməyib. Röya bəm oxuyan ifaçı deyil. Ola bilsin ki, fonoqram hazır olub və ya başqa hansısa səbəblər var. Tonallıq aşağıdır. Əslində bu Röyanın qüsuru deyil. Amma qüsur deyib, Röyanın qüsurun içindən çıxarmıram. Özünə də aiddir. Hər bir ifaçı mahnı oxuyanda öz tonallığını bilməlidir.
Röyanın ifasında “Tövbə” mahnısı solğun çıxıb. Səs rəngini, xırdalıqlarını, sərbəstliyini bu mahnıda göstərə bilməyib. Tonallıq çox aşağıdır. Röyada bu mahnı uğursuz alınıb. Röya hələ gəncdir, nə olsun ki, populyardır. Sevilir, gözəl musiqiləri var. Amma o gəncin o balaca qüsurunu demək heç də qorxulu bir məsələ deyil. Onun gələcəyi üçün inkişaf deməkdir. Röya hələ uzun illər oxumalıdır. Baxmayaraq ki, onu çox istəyirəm, amma musiqidə yanlışlıq olmaz”.
Verilişin gedişatında Dostəliyeva mərhum ustad sənətkar Xan Şuşinskinin ifasında yer alan “Şuşanın dağları” nəğməsini öz repertuarına daxil edən Zülfiyyənin ifasını da bəyənməyib:
“Zülfiyyə estrada ifaçısıdır deyə, bu mahnıda o doğmalıq olmayıb. Xalq ifaçılarının tərzi, boğazda olan xırdalıq, Xan Şuşinski havası və digər məqamlar Zülfiyyədə yox idi. Çünki estrada ifaçılarında estrada musiqiləri daha gözəl səslənir. Zülfiyyə “Şuşanın dağları”nı oxumaqla böyük risk edib. Tanınmış və böyük sənətkarlardan sonra bu mahnıya müraciət edib. O da onun öz arxayınlığından irəli gəlir.
Eyni zamanda mən həqiqəti demək istəyirəm. Bu, mənim şəxsi fikrimdir. Ola bilsin ki, bu düşüncəm kiminsə xoşuna gəlməsin. Amma xalq və muğam ifaçılarının tərzində bu əsər Zülfiyyənin ifasında səslənməyib. Zülfiyyə Xanbabayeva kimi səslənib”.
"Nazpəri Dostəliyeva" teqi üzrə xəbərlər
- Heydər Əliyev Mərkəzinin parkında "Yay Festivalı" bağlanış konserti olacaq
- Nazpəri Dostəliyeva: "Heç bir xanımın yerimdə olmağını istəmərəm"
- Bazarda işləyən müğənni: “Efirə çıxandan sonra işimi itirdim” - VİDEO
- Nazpəri Dostəliyeva oxudu, Misir Mərdanov “Naxçıvani” oynadı - VİDEO
- Nazpəri Dostəliyeva yenidən səhnəyə qayıtmasının səbəbini açıqlayıb: “Oxuduğum mahnılar taleyimə sirayət edib”
Rəylər