“Kurtlar Vadisi Pusu”nun baş rol aktyoru Necati Şaşmaz İslam dünyasının əsas müqəddəs şəhəri Məkkədə ümrə ziyarətində olub.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ikinci dəfə müqəddəs torpaqlarda olan Şaşmaz sosial şəbəkədə ziyarətdən fotolar paylaşıb.
Ötən illərdə də ümrə ziyarətində olan aktyor “inşallah təkrar-təkrar nəsib olar, yenə gedəcəyəm” demişdi.