Bu dəfə ATV telekanalında yayımlanan “ATV maqazin” verilişinin şarmlı aparıcısı Nərgiz Vahabqızı ilə “Gecə Fotosessiyası” adlı cazibədar fotosessiya etdik.
Oxu.Az xəbər verir ki, Nərgiz Vahab qızı Məmmədova 1988-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsillidir. Subaydır.
Səyahət etməyi, gəzməyi çox sevir. Ən böyük arzularından biri dünyanın bir çox böyük şəhərlərini görməkdir. Müasir əyləncə məkanları ilə yanaşı, tarixi məkanlarda olmağa da üstünlük verir.
O, ev heyvanları ilə gəzintiyə çıxmağı çox sevir. İstedadlı və cazibədar aparıcının Laki adlı sevimli iti də var. Fotosessiya zamanı gözəl aparıcı itini də özü ilə gətirmişdi.
Bu gənc və gülərüz xanım birinci kursda oxuyarkən ATV telekanalında müsabiqə yolu ilə ilk iş fəaliyyətinə başlayıb.
Nərgiz xanım əvvəllər ATV telekanalında yayımlanan “Performans”, “Avtostar”, “Sinematv” verilişlərinin aparıcısı olub. Hal-hazırda isə “Hava xəbərləri” və “Atv maqazin” verilişlərinin aparıcısı kimi iş fəaliyyətini davam etdirir.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az