Türkiyəli aktrisa Neslihan Atagül özü kimi aktyor olan həyat yoldaşı Kadir Doğulunun doğum gününü təbrik edib.
Oxu.Az xəbər verir ki, ən son “Sefirin kızı” serialında rol alan aktrisa sosial şəbəkədə paylaşdığı fotolarla həyat yoldaşını təbrik edib.
Birgə istirahətdən fotolarını yayımlayan gözəl aktrisanın sevgi dolu sözləri diqqət çəkib:
“Yaxşı ki, doğuldun, sevgilim. Sənin olduğun hər gün mənə bayramdır! Səni çox sevirəm”, - deyə aktrisa əlavə edib.
Qeyd edək ki, cütlüyün paylaşımları izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.
Rəylər