Festival filmlərinin vazkeçilməz adı, mükafatlı aktrisa Nəsrin Cavadzadənin romantik bir filmdə rol oynaması üçün pərəstişkarları kampaniyaya başlayıb.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadla xəbərinə görə, indiyə qədər əksəriyyəti ictimai mesaj ehtiva edən layihələrdə canlandırdığı müvəffəqiyyətli rolları ilə diqqət çəkən aktrisanın Twitter-dəki izləyiciləri 51-ci “Qızıl Portağal” Film Festivalında Cavadzadəyə “Ən yaxşı qadın aktrisa” mükafatını qazandıran “Kuzu” filminin rejissoru Kutlug Atamanı da mesaj yağışına tutublar.
Ataman isə aktrisanın fanatlarına “Gözəl bir ssenari gəldi, biz çəkmədik?” cavabını verib.
Aytən Sadıqzadə