Braziliyalı məşhur müğənni Marilia Mendonça təyyarə qəzası nəticəsində həlak olub.
Braziliya Prezidenti Jair Bolsonaro və məşhur futbolçu Neymar onun ölümü ilə bağlı paylaşım ediblər.
Qəzaya uğrayan kiçikmühərrikli təyyarədə müğənninin prodüseri Henriki Ribeiro, əmisi və məsləhətçisi Abisieli Silveira Dias Filho, təyyarənin hər iki pilotu həlak olub.
Məlum olub ki, müğənni konsert proqramı üçün Minas Gerais əyalətinə uçurmuş.
Qəzanın hansı səbəbdən baş verdiyi bilinmir.
Qeyd edək ki, 26 yaşlı Mendonça Braziliyada ən çox dinlənilən müğənnilərdən biri idi.
View this post on Instagram
"Braziliya" teqi üzrə xəbərlər
- Braziliyalı fermer prezident seçkisində mərc etdi, yeni "Porsche" qazandı - Video
- Prezident seçkisindən dərhal sonra Bolsonaruya ölkəni tərk etmək qadağası qoyuldu
- Braziliya liderindən yeni rekordlar: Ölkədə ən çox səs yığan və ən yaşlı prezident oldu
- Zukerberqin şirkəti seçkiyə müdaxilədə ittiham olunur
- Braziliyada silsilə qətllər təşvişi: Yeddi məkan, yeddi cəsəd, dəhşətli görüntülər... - Foto/Video
Digər xəbərlər