"ARB Ulduz"un "Şou-məkan" verilişinin qonağı "Eurovision - 2011"-in qalibi, müğənni Nigar Camal olub.
Oxu.Az xəbər verir ki, bir dəfə ailə qurub ayrılan ifaçı ikinci dəfə nikaha daxil olmaq istədiyini bildirib.
"Sevə biləcəyim insanla ikinci dəfə ailə qurmaq istəyərəm. Sevmədiyim insanla heç zaman münasibət qura bilmərəm. İstərdim ki, evlənəcəyim şəxs azərbaycanlı olsun. Gələcəkdə üçüncü dəfə ana olmağı istəyirəm. Bu, gözəl hissdir".
Sözügedən kadrları 3.40-cı dəqiqədən izləmək mümükündür.
A.S.