“Eurovision - 2011”-in qalibi, müğənni Nigar Camal sosial şəbəkədə onu tənqid edənlərə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, ifaçı plastik əməliyyat keçirmədiyini və özünü heç kimə bənzətmədiyini qeyd edib.
“Cennifer Lopesə bənzəmək üçün heç bir plastik əməliyyat etdirməmişəm. Bu cür plastik əməliyyatlar insanı transseksuallara bənzədir. Özünüzə qulluq edin. Siqaret və spirtli içkidən uzaq olun”, - deyə o sosial şəbəkədə yazıb.
A.S.
www.oxu.az