Dünən tanınmış stilist Nigar İbrahimova Ruslan Musayev adlı şəxslə “Hollivud” şadlıq evində təntənəli surətdə nikaha girib. Məlum olub ki, təzə bəy bir dəfə nişanlı, bir dəfə isə evli olub və hazırda iki uşaq atasıdır.
Oxu.Az xəbər verir ki, onun birinci arvadı Samirə mediainfo.az saytına müsahibə verib .
Samirə xanım deyi ki, onun Musayev Ruslanla toyu 2007-ci ildə “Yeganə” şadlıq sarayında baş tutub:
““Neon” restoranında təmtəraqlı nişanımızdan sonra 2007-ci ildə “Yeganə” şadlıq sarayında toyumuz oldu. 2008-ci ilin iyun ayının 13-ü Nuray, 2010-cu ilin oktyabrında isə Ayan adlı qızlarımız dünyaya göz açdı. Bizim münasibətlərimiz çox yaxşı idi. Doğrudur, Ruslanın həyatında qadınlar çox olurdu, mübahisələrimiz də bunun üstündə baş verirdi. Amma hər şey qaydasına düşürdü. Bu Nigar ortaya çıxandan sonra gərginlik artdı ailəmizdə. Bu başladı evə gəlməməyə. Yavaş-yavaş ailədən, uşaqlarından soyumağa başladı. Beləliklə, bu il sentyabrın 17-də rəsmən boşandıq. Ruslan tələsirdi elə bil. Tez ayrılmaq istəyirdi.
Ruslanın keçmiş yoldaşı iddia edir ki, onu hətta iş xanımın qohumları düzəldib: Onun mənziil yox idi, imkansız ailə idilər, qayınatamın evində yaşayırdıq. Avqust ayından ərizə vermişik boşanmaq üçün. O vaxtdan bəri bir qəpik də olsun aliment verməyib. Darısqallıq olsa da belə, dözürdüm. İki balamı düşünürdüm. Qayınatam da “Gənclik”də ona-buna yük daşıyır, alın təri ilə pul qazanır. Bir az qızıllarım var idi, onları da aldı əlimdən Ruslan. Hazırkı işi var ha, ora da biz düzəltmişik onu – mənim ailəm, qardaşım. Tikintidə “otdelkadr”dır”.
Samira xanım, Ruslan indi ki yoldaşı ilə neçə tanış olduğunnan da danışıb:
“Bilirsiniz, bu çoxdankı tanışlıqdır. Məndən də əvvəlki, hətta Ruslan birinci dəfə nişanlı olanda bu Nigarla tanış imiş. Birinci nişanlısı Vəfa ilə ayrılmasının da səbəbkarı Nigar olub. Zənglər edərək o qızın əsəblərini korlayıb. Elə faktlar var ki, açıqlaya bilmirəm.
Bilirsiniz, böyük adamların adları hallanır, başa düşürsünüz? Bunu hamı bilir. Hamı bilir ki, o Nigar hansı yuvanın quşudur. Bir dəfə biz bulvarda hava alırdıq. Onda mən ikinci qızıma hamilə idim. Nigarın “İnfiniti”si var idi onda. Gəlib bulvarda düşdü, yanında da bir oğlan vardı. Ruslan onları görəndə qayıdıb dedi ki, siz də məni bağışlayın, buna bax, bu vaxt var idi mənimlə gəzirdi, indi dostumla gəzir. İndi həmin adamı özünə arvad edən də bu Ruslandır.
O alfonsdur. Məndən də çox istifadə elədi. O, Nigarı puluna görə aldı. Ümumiyyətlə, Ruslangilin durumu çox zəifdir. Bizi Nigar ayırdı. Ailəmi o dağıtdı. Nigar bilirdi ki, Ruslan ailəlidir, arvad-uşağı var, amma onunla yenə də gəzməkdə davam edirdi. Hələ bu azmış kimi, Ruslanla bərabər qohumlarının evlərinə də gedirdi. Bax o belə tərbiyəsiz qadın olub. Onu el-aləm tanıyır, təkcə mən tanımıram ki. Ay başına dönüm, nooldu bu qədər tanınmışlar evləndi, amma bu qədər abardılmadı. Nigar niyə belə abartdı hər şeyi?”
Xanım qeyd edib ki, uşaqlarını atasının yanına buraxmayacaq: “Mən o tərbiyəsizin yanına qızlarımı buraxa bilmərəm. O cür tərbiyəsizdən nə götürəcəklər? Bu, belə davam etməyəcək. Nigar onu “peşka” yerinə qoyacaq. Deyəcək, dur, bu da məcburiyyət qarşısında duracaq, deyəcək, otur, o da oturacaq. Nigar ona toydan sonra maşın alacağına da söz verib. Mən hər şeyi Allaha həvalə eləmişəm. Onu da deyim ki, Ruslanın bacısı bizim toyda geyindiyi paltarı qardaşının ikinci toyunda da geyinib. Elə bil əhd eləyib ki, bu paltarı qardaşımın toylarında geyinəcəm”.