Bakıda dəhşətli hadisə baş verib –ata doğma qızı ilə cinsi əlaqədə olub.
Oxu.Az-ın Vesti.Az-a istinadən verdiyi xəbərə görə, Suraxanı rayonunun hüquq-mühafizə orqanlarından bildiriblər ki, yaxın qan qohumları arasında cinsi əlaqə Suraxanı rayonunda qeydə alınıb.
Suraxanı rayonu Prokurorluğuna 21 yaşlı M.S. müraciət edib (ad şərtidir) və bildirib ki, 53 yaşlı doğma atası tərəfindən müntəzəm şəkildə zorlanıb.
Zərərçəkmiş deyib ki, atası onu dəfələrlə sekslə məşğul olmağa məcbur edib. M.S. atasının hərəkətlərindən anasına şikayət edib, lakin doğmaları ona inanmayıblar. Bu zaman qız riskə gedib – atası ilə cinsi əlaqəni mobil telefona çəkib.
Əvvəlcə o, anasına düz danışdığını sübut etmək üçün videokadrları ona göstərib. Sonra qız videonun olduğu diski polisə təqdim edib.
Bildirilir ki, ifşa olunan ata evdən gedib. İstintaqdan bildiriblər ki, hazırda zorlama faktının aşkarlanması ilə bağlı yoxlama aparılır.
“İş çox incədir və ehtiyatlı yanaşma tələb edir. Buna görə də, faktla bağlı cinayət işi qaldırılmayıb” – deyə, rayonun təhqiqat orqanından bildiriblər.