Əməkdar artist Nigar Şabanova xəstəxanalıq olub.
Bu barədə xanəndə sosial şəbəkə hesabında məlumat yayıb.
Nigar xəstəxanadan olan fotosunu paylaşaraq “Məncə, bu qədəri çox oldu” şərhini əlavə edib.
Oxu.Az-a açıqlama verən N.Şabanova anasının səhhəti ilə bağlı stres yaşadığını və bu səbəbdən xəstəxanaya yerləşdirildiyini bildirib.
Anasının xəstəliyini açıqlamayan Əməkdar artist hazırda vəziyyətinin yaxşı olduğunu qeyd edib:
“Anamın sağlamlığı ilə bağlı stres yaşadım, gecə halım pisləşmişdi. Təzyiqim oynamağa başladı, xəstəxanaya gedib gəldik. Anam da şükür müalicə alır, inşallah daha yaxşı olacaq”.
Sözügedən paylaşımı təqdim edirik:
:640.jpeg)
Dilşad Bəhruzqızı