Azərbaycanlı müğənni-bəstəkar Emin Ağalarovun təşkilatçılığı ilə “Jara” musiqili yay festivalı çərçivəsində Moskvada konsert proqramı baş tutub.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, konsertdə Ani Lorak, Valeri Miladze, Nikolay Baskov və digər məşhurlar iştirak ediblər.
Ani Lorak hovuzun kənarında musiqi sədaları altında rəqs edən N.Baskovu qəfil suya itələyib. Hovuzdan çıxaraq Lorakı suya atmağa çalışan Baskovun cəhdi isə boşa çıxıb.
Aytən Sadıqzadə
www.oxu.az