Oxu.Az xəbər verir ki, ATV-də yayımlanan “Azərbaycanın səsi” müsabiqəsinə fərqli vəziyyətdə gələn xalq artisti Nisə Qasımova sosial şəbəkədə görünüşü ilə bağlı ona yazılan iradlara cavab verib:
“Mənim əzizlərim, bu, 2 gün öncə ofisdə çəkdirdiyim şəkildir. Mən heç bir botoks, gel, plastik əməliyyat etdirməmişəm. “Azərbaycanın səsi” müsabiqəsindəki qara parik və ona uyğun makiyaj bir günlük kaprizim idi. Düşünürəm ki, Alla Puqaçovanın repertuarından oxuduğum mahnını öz dolğun sarı saçlarımla oxusaydım, ona da başqa rəy verərdiniz. Təəssüf ki...”.