Xalq artisti Nisə Qasımova “Gün üzü” verilişinin canlı efirində ağlayıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi verilişdə anasına olan sevgisindən bəhs edərkən ağlayıb:
“Mən anam üçün yaşayıram. O, mənim qızımdır, mən onun yox. Mənim mahnımı efirdə vermədilər. Halbuki anam o mahnını eşitməyi həsrətlə gözləyirdi. Oxumaq məqamında montaj etdilər və zalın lüsturunu göstərdilər. Biz o gecəni anamla çox ağladıq. Atam da həmin qəzəli çox xoşlayırdı”.