Xalq artisti Nisə Qasımova ATV-də yayımlanan “Onlar” verilişinə açıqlama verib.
Oxu.Az xəbər verir ki, Nisə xanım rusiyalı müğənni İrina Alleqrovanın özünü ona oxşatdığını deyib:
“İrina Alleqrova atası və anasıyla birgə Bakıda Rus Dram teatrında çalışanda teatrın gürcü aktyoru və rejissoru Aleksandr Jqenti mənə deyirdi:
“Alleqrova saçlarını eynilə sizin kimi yana bururdu. Daha sonra güzgünün qarşısına keçərək soruşurdu: baxın görün Nisə Qasımovaya oxşayıram?””.
Xalq artisti “O, indi bizi tanımaz. Fikirləşir ki, yəqin dünya ulduzudur. Sən hər zaman mənə bənzəyirdin, mən sənə yox. Heç vaxt özümü kiməsə oxşatmamışam”, - deyə sözlərinə əlavə edib.
N.Qasımova ona verilən “alman kuklası” ləqəbindən də söz açıb:
“Çox gənc yaşlarımda mənə “alman kuklası” adını vermişdilər. Çünki sovetlər birliyi dövründə ən bahalı gəlinciklər alman kuklaları idi. Onlar da mənim kimi çox qəşəng idilər.
Haqqımda gah anası rusdur, gah da ukraynalıdır deyirdilər. Amma mən “dağlı məhəlləsində” doğulub boy atmışam”.
Xalq artisti daha sonra gözlərinin gözəlliyindən bəhs edib:
“Mən gözlərimi çox sevirəm. Onlar sevinməyi də, ağlamağı da çox gözəl bacarır. Gözlərimin rəngi havaya uyğun dəyşir. Gözümün rəngi atama, ifadəsi isə anama bənzəyir”.
Aytən Sadıqzadə
www.oxu.az