Əməkdar artist Tünzalə Ağayeva ilə Nura Suri arasında yaranan gərginlik daha da artıb.
Oxu.Az xəbər verir ki, Tünzalə Nuranın bir neçə həftə öncə “ATV maqazin onlarla” proqramında onun ünvanına dediyi “Tünzalə özünü hamıdan üstün görür, yəqin, deputat olmaq istəyir” fikrinə elə həmin proqramda münasibət bildirib.
Əməkdar artist Surinin kompleksi olduğunu deyib:
“Öz dediyi sözün fərqinə varmır, anlamır. Bu müzakirə ediləcək bir şeydir? Gülüşə səbəb olacaq bir haldır. Mən peşəkar insanları, işində, sözündə və həyat tərzində keyfiyyətli olan insanları həmkarlar sayıram.
Pərviz Hüseyn
www.oxu.az