Son günlər mətbuatda açıq-saçıq şəkilləri yayılan aktrisa Kəmalə Quliyeva özünü xalq artisti Nurəddin Mehdixanlının qızı kimi qələmə verib.
Oxu.Az azerfax.az-a istinadən xəbər verir ki, məsələyə sərt reaksiya nümayiş etdirən Nurəddin Mehdixanlının bildirdiyinə görə, onun belə qızı yoxdur:
“Kəmalə Quliyevanın mənim qızım olması ilə bağlı məlumat tamamilə yanlışdır. Onunla heç bir qohumluq əlaqəm belə yoxdur”.
Aktrisanın cavabı isə qısa olub:
“Bunu sübut etmək olduqca asandır. Onsuz da, bilənlər bilir, özü də çox yaxşı bilir”.