Xalq artisti Nurəddin Mehdixanlının qızı Kəmalə Quliyeva ukraynalı bacılar Anna və Mariyanın Bakıdakı konsertində aparıcılıq edib.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın müxbirilə söhbətində Kəmalənin dediyinə görə, əsasən aktrisa kimi fəaliyyət göstərir:
“Yeni seriallarda rol almışam. Payız aylarından ATV-də yayımlanacaq. Aktrisa olmaq uşaqlıq arzum idi. Bu istedad mənə atamdan keçib. O isə çox vaxt buna qarşı çıxıb”.