Ötən il hələ 25 yaşında ikən həyatla vidalaşan ingilis model Peaches Geldof-un əri Thomas Cohen ilə ögey bacısı Tiger Lily Hutchence Geldof-un yaxınlığı hər kəsi təəccübləndirib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Cohen və Hutchence Geldof Fransadakı ailə tətilində obyektivlərə tuş gəlib. Tiger Lily Hutchence Geldof-un sevgilisi Charlie Creseatian-ın da yoldaşlıq etdiyi ikili uzun müddət bir-birlərinə sarılaraq dənizdə qalıb. Thomas Cohen və Tiger Lily Hutchence Geldof-un yaxınlığı görənlərdə sual işarələri yaratsa da ailəyə yaxın qaynaqlar onların çox yaxşı dost olduğunu söyləyir.
Geldof ailəsinin bir dostu iki uşağının anası Peaches Geldof-u 17 ay əvvəl həddindən artıq dozada narkotikdən itirən Thomas Cohen-in təsəllisini Geldof ailəsində tapdığını söyləyib:
“Thomas ilə Tiger Lily-nin münasibətləri bacı-qardaş kimidir. Tomas itirdiyi həyat yoldaşının ağrısını onun ailəsinə yaxın olaraq azaltmağa çalışır”.
Keçən il aprel ayında evində ölü tapılan Peaches Geldof musiqiçi Bob Geldof ilə özü də erkən yaşda həyata vida edən televiziya işçisi Paula Yates-in üç qızından biri idi. Thomas Cohen ilə evli olan Peaches Geldof Phedra və Astala adında iki oğul anası idi.
Tiger Lily Hutchence Geldof isə Bob Geldof-un keçmiş həyat yoldaşı Paula Yates-in bir zamana damğasını vuran INX qrupunun solisti Michael Hutchence ilə əlaqəsindən dünyaya gəlib. Ancaq Tiger Lily-nin atası 1997-ci ildə, anası də 2000-ci ildə həyatdan köçüb. Bob Geldof kiçik yaşda kimsəsiz qalan qızı övladlığa götürüb.
Aytən Sadıqzadə
www.oxu.az