Xəbər verdiyimiz kimi Mətanət Poladova adlı şairə ona məxsus olan şerin “Space”in aparıcısı Mikayıl tərəfindən oğurlandığını iddia edib.
Oxu.Az məsələ ilə əlaqədar aparıcının fikirlərini öyrəndi:
"Mən efirdə "Həyat yoldaşımsan" adlı şeir söyləmişəm. Həmin şeiri mənə Aşıq Fərhad öz şeiri kimi təqdim edib. Ümumiyyətlə, mən efirdə çox şeirlər səsləndirirəm. Amma mütləq müəllifin adını qeyв edirəm. Onların içərisində iki şeir olub ki, onun müəllifi özüməm və bunu da efirdə tamaşaçıların nəzərinə çatdırmışam".
Aytən Sadıqzadə