Rəqqasə Oksana Rəsulova qəza keçirib.
Oxu.Az-ın məlumatına görə, hazırda Hindistanda rəqs şousunda iştirak edən məşhur xanım yüksəklikdən yıxılıb. O, bu haqda sosial şəbəkədə məlumat verib:
“Həyatımda ən təhlükəli günlərdən biri idi. Mən hündürlükdən çox qorxurdum. Buna görə də, dördüncü mərtəbədə yüksəklikdən hoppanmağım düzgün olmadı. Üzüaşağı düşdüm. Burnum və dizim çox əzildi. Birinci “action” sözündən sonra fikirləşmədən hoppandım. Düşünürəm, mənim göydə uçuşum da, yerişim də gözəl idi”.
Aytən Sadıqzadə