Rəqqasə Oksana Rəsulova Hindistanın ZEE TV kanalında yayımlanan “İndias Best Cine Star Ki Khoj” şousu üçün fərqli obrazda çıxış edəcək.
Oxu.Az-ın məlumatına görə, rəqqasə 6 sentyabrda yayımlanacaq verilişdə “su pərisi” obrazını canlandıracaq.
“Mənə ürək-dirək verən dostlarım çox sağ olun. Bu gün çəkilişlər oldu. Mənim budəfəki səhnə rolum “dəniz pərisi” oldu. Yeni süjet çox maraqlı olacaq, qaçırmayın. Qonaqlarımız Deepika Podukone və Arjun Kapur idi”.
Qeyd edək ki, şou Hindistanın hər həftənin şənbə və bazar günü ZEE TV kanalında yayımlanır.
Aytən Sadıqzadə