Azərbaycanın tanınmış rəqqasəsi Oksana Rəsulova yeni layihə üzərində çalışır.
Oxu.Az-a açıqlama verən rəqqasə bildirib ki, yeni işində əməkdar artist, aparıcı Əkbər Əlizadə ilə birgə görünəcək.
Rəqqasənin sözlərinə görə, onlar məşhur “Əbədi məhəbbət nağılı” adlı hind filminin musiqisinə rəqs nömrəsi hazırlayıblar. Sözügedən layihə aparıcı-aktyor Əkər Əlizadənin doğum gününə həsr olunub. Ekran işi bu yaxınlarda mediaya təqdim olunacaq.
Aytən Sadıqzadə
www.oxu.az