Dünən axşam saat 20:00 radələrində Bakının Səbail rayonunun Bayıl qəsəbəsində dəhşətli hadisə baş verib.
İ.Məmmədov 2A ünvanında yerləşən yaşayış binasında 40 yaşlı Bakı sakini, Azer-Türk bankı-nın əməkdaşı Elmar Mustafayev və onun azyaşlı oğlu liftdə qalıblar.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, E.Mustafayev liftdən çıxmaq qərarına gəlib və qapıları aralayıb.
Onun oğlu liftdən çıxa bilib, lakin E.Mustafayev də lifti tərk etməyə çalışarkən, mexanizm işə düşüb və yuxarı qalxmağa başlayıb. Bu zaman kişi liftlə binanın divar arasında qalaraq, həlak olub.
Qeyd edək ki, E.Mustafayev əvvəllər Kapital Bank-ın təhlükəsizlik departamentində çalışıb. Onun xidmət yoldaşlarının bildirdiyinə görə, mərhum çox şən və həyatsevər bir insan olub.
Allah rəhmət eləsin!