Rusiyanın tanınmış müğənnisi Oleq Qazmanov Perm diyarının Usolsk rayonu ərazisində avtomobil qəzasına düşüb.
Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, ifaçı bu barədə sosial şəbəkədə məlumat yayıb.
“Qəzaya düşdük. Yolda iki çuxur var. Birindən çıxan armatur avtomobilimin iki təkərini deşdi. Ehtiyatlı olun”, - deyə müğənni yazıb.
A.S.
www.oxu.az