ATV-də yayımlanan, aparıcılığını Zaur Baxşəliyevin etdiyi “Öz aramızda” verilişində dəyişiklik baş verir.
Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, aparıcı bu haqda canlı yayımda deyib:
“Bizi bir ildən çoxdur ki, izləyənlər, reytinq qazandıranlara sözüm var. Təəssüf hissi ilə olsa da bunu deməliyəm. Bu mənim yox, ATV kanalının rəhbərliyinin qərarıdır. Bu sizə hörmətsizlik kimi qəbul etməyin. Məni elə bir yerə göndərirlər ki... Bundan sonra verilişi mən aparmayacam”.
Z.Baxşəliyev studiyaya həyat yoldaşı Günay Baxşəliyevanı çağıraraq, verilişi onun aparacağını bildirib.
Xalq artisti Fatma Mahmudova isə Z.Baxşəliyevin açıqlamasına belə cavab evrib:
“Mən sağalmayım, amma sən bu verilişdən getmə, “Öz aramızda” bağlanmasın. Hara, kimə lazımdırsa, biz müraciət edərik”.