Gənc müğənni, ATV telekanalında yayımlanan “Azərbaycanın səsi” verilişinin iştirakçısı Samin Dəniz növbəti dəfə səs-küylü açıqlama verib.
Oxu.Az xəbər verir ki, müğənni hərbi geyimdə, əlində silahla yeni fotosessiya etdirib. S.Dəniz əməkdaşımızla söhbətində bildirib ki, ifaçı, bu hərəkətilə digər kişi həmkarlarına ismarış göndərmək istəyib.
“Soyunub, qaş aldırıb, silikon etdirib şəkillər çəkdirməkdənsə, gənclərə vətənpərlik hissini təbliğ edən fotosessiyalara çəkilmək lazımdır”,- deyə o, tənqidi fikirlər söyləyib.
Xatırladırıq ki, müğənni bir müddət əvvəl “Mən əsgərlikdə uşaqlar üçün oxuyanda dostlarım mənə zarafatla deyirdilər ki, Röyanın kişi variantı gəldi”,- deyə müsahibə vermişdi.
Aytən Sadıqzadə