ABŞ-ın Səsyazma Sənayesi Assosiasiyası (RIAA) Ozzi Osbornun “Ordinary Man” albomuna “qızıl” statusu verib.
Bildirilir ki, sözügedən albomun yarım milyondan çox nüsxəsi satılıb.
2020-ci ilin fevral ayında çıxan alboma 11 mahnı daxildir. Disk Osbornun 2010-cu ildə çıxardığı “Scream” albomundan bəri ilk solo layihəsi idi.
Müğənninin dediyinə görə, albom üzərində iş yıxılmasından və boynundan əməliyyat olmasından sonra emosional olaraq sağalmasına kömək edib.
Ozzy Osbourne - Ordinary Man pic.twitter.com/NRZGxSn0Wl
— jruizivan👺 (@jruizivan) September 13, 2021
Mənbə: Blabbermouth.net