Paytaxtda 13 aprel tarixində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşəbbüskarı olduğu Bakı Moda Festivalı keçiriləcək.
Oxu.Az lady.day.az-a istinadla xəbər verir ki, festival çərçivəsində 15 yerli gənc modelyer-rəssamın kolleksiyası nümayiş olunacaq.
Layihənin məqsədi Azərbaycanda geyimin dizaynı, moda sənətinin inkişafı və təbliğatı, modada yeni adların üzə çıxarılmasıdır.