“İnsanlar məni çox ittiham edirlər, nələrsə yapışdırırlar. Yazırlar ki, 120 manat maaş alırsan, necə bahalı yerlərdə gəzir, avtomobil sürürsən?”.
Oxu.Az-ın Axşam.az-a istinadla məlumatına görə, bu sözləri aktrisa Pərvin Abıyeva “ATV kulis” verilişində deyib.
Aktrisa çəkildiyi filmlərdən aldığı qonorarın məbləğini açıqlayıb:
“Mən heç vaxt teatrın qapısından içəri girməmişəm. Tamaşalara baxmağa getmişəm, amma orada çalışmamışam. Hər filmimin bir ayından 10 min pul alıram. Ailədən gələn pul var, həm də özüm qazanıram. Əlavə bizneslə məşğul oluram. Çox qazanıram, amma onun iki-üç qatını xərcləyirəm. Aktrisalıqdan qazandığım mənə bəs etmir”.
A.S.
www.oxu.az