Aktrisa Pərvin Abıyeva “Lider TV”-də Tarix Əliyevin təqdimatında yayımlanan “Bu bizik” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, o, sənətə gəlməyindən bəhs edib.
“Kinostudiyaya rəfiqəmi ziyarətə getmişdim. Qapıdan çıxanda rejissor Cavid Təvəkkül ilə üz-üzə gəldik. O, mənə baxıb, “Mən bunu istəyirəm. Düşündüyüm obraza uyğundur” dedi. Söylədi ki, Bakının 80 faiz aktrisalarını həmin obraz üçün sınayıb, amma rola uyğun gəlməyib. Mən ona bildirdim ki, aktrisa deyiləm. Dedi ki, mən risk edəcəyəm. Beləliklə, ilk dəfə Şərq qızı obrazında çəkildim. Bundan sonra digər layihlərlə fəaliyyətimi davam etdirdim”, – deyə aktrisa bildirib.
A.S.
www.oxu.az