Boksçu Əli İsmayılovun YouTube kanalında videosu yayılıb.
Oxu.Az xəbər verir ki, həmişə boks rinqlərində görməyə alışdığımız Əli İsmayılov videogörüntüdə musiqi alətində ifa edir.
Boksçunun gitara ifa etməsini görüntüyə alıb internetdə paylaşan şəxs onun bu məharətinə xeyli təəccüblənib. Onun Əliyə, “Sən gitara da çala bilirsən?” sualına boksçu “Bəs sən nə bilmişdin, mən ancaq yumruq vura bilirəm?” - deyə cavab verib.