ATV telekanalında yayımlanan “10lar” verilişinin budəfəki qonağı türkiyəli məşhur müğənni İrəm Derici olub.
Oxu.Az xəbər verir ki, müxbirin “Azərbaycanlı müğənnilərdən kimi bəyənirsiniz?” sualına ifaçı belə cavab verib:
“Röyanı çox bəyənirəm. Onun səsinə heyranam”.
O, həmçinin tamaşaçılara Bakıya gəlmək istəyini də bildirib. Müğənni müsahibəsində söyləyib ki, “Şəklimi çəkə-çəkə” mahnısını tez-tez ifa edir.
Qeyd edək ki, adıçəkilən mahnı xalq artisti Aygün Kazımovanın repertuarındandır. Həmin mahnını Azəri Günel də ifa edib, klip çəkdirmişdi.
Aytən Sadıqzadə
www.oxu.az