Dekabrın 31-də türkiyəli müğənni Pətək Dinçöz Qəbələdə “Qafqaz Sport Hotel”də konsert verəcək.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, Nahid Emiloğlunun təşkilatçılığı ilə reallaşacaq gecədə tamaşaçıları bir çox maraqlı sürprizlər gözləyir.
Müğənni Bakıya 30 nəfərlik orkestrlə gələcək. Pətəkdən öncə səhnədə türkiyəli ifaçı Gökhan Erol çıxış edəcək. Bu barədə danışan N.Emiloğlu maraqlı bir yeni il proqramı hazırladıqlarını söyləyib. O bildirib ki, konsertə biletlərin qiymətləri 300-400-500 manat arasında dəyişir.